Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

22 dekabr 2023-cü il 18:30 tarixində Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının tələbələrinin təqdimatında İlyas Əfəndiyevin ”Xurşidbanu Natəvan” pyesi   əsasında hazırlanmış tamaşa nümayiş olunacaq

21.12.2023

22 dekabr 2023-cü il 18:30 tarixində Gəncə Dövlət Dram teatrında Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının tələbələrinin təqdimatında İlyas Əfəndiyevin ”Xurşidbanu Natəvan” pyesi   əsasında hazırlanmış tamaşa nümayiş olunacaq.
Tamaşa, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin,Gəncə şəhər İcra Hakimiyyətinin, Gəncə Dövlət Filarmoniyasının dəstəyi, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin  və Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə nümayiş olunacaq. Tamaşanın hazırlanmasında məqsəd Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası və  “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə əlaqədar Strategiyanın hədəf qrupları olan yaradıcı və istedadlı gənclərə dəstək olmaqdır.